Təbiət

Hansı bitkilər səhra həyatına daha yaxşı uyğunlaşır?

Səhra şəraitinə daha çox uyğunlaşan bitkilər saksaul, velviçiya və kaktusdur. Saksaul kol və ya hündür olmayan ağac formasındadır, torpağın aşağı dərin qatlarından su əldə edə biləcək uzun köklər var. 


Velviçiya çox maraqlı bitkidir, ona cənub-qərbi Afrikabın daşlıq səhralarında rast gəlinir. Bitkinin böyük hissəsi torpağın altındadır, bayırda isə iki qalın və möhkəm yarpağı görünür. Velviçiyanın çiçəyi tozlanmadan sonra qozaya oxşayan qırmızı rəngli meyvəyə çevrilir. 


Kaktus ən ağır şəraitdə yaşamağı bacaran və ən geniş yayılmış səhra bitkisidir. Onların qalın qabıqla və tikanlarla örtülü, canlı və ətli gövdələri var. kaktuslara, əsasən, cənubi Amerikada, həmçinin Meksikada və Kaliforniyada rast gəlinir.