Xəbərlər

Alman dili kursunu başa vuran məktəblilər mükafatlandırılıblar

Bakı, 9 mart, AZƏRTAC

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada alman dili üzrə kursu başa vuran məktəblilərin mükafatlandırılma mərasimi keçirilib.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət və iqtisadiyyat şöbəsinin müdiri Tereza Şönfelt, məktəb direktorları, müəllimlər, şagirdlər, KİV-lərin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.


Alman dili üzrə xüsusi kurs keçib, gimnaziyanın yazılı və şifahi imtahanlar verən 18 şagirdi diplom və hədiyyələrlə mükafatlandırılıb.


2008-ci ildən 160 nömrəli Klassik Gimnaziya “Almaniya təhsilinin  partnyorluğu” proqramının iştirakçısıdır. On ildə məktəbdə üç alman dilli müəllim dərs deyib.