Mədəni irsimiz

Qarabağ xalçası

“Qarabağ” adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub və hal-hazırda da istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçaları “Qarabağ” adlandırırdılar.

XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar “Xan” və ya “Xan Qarabağ” kimi müxtəlif adlar almışdılar, eyni eskizlə Qubada toxunan xalçalar isə “Africa” adlanırdılar. “Qarabağ” adı ilə tanınan xalçalar bir neçə növdə olur:


1. Bir neçə medalyondan ibarət olan orta sahənin kompozisiyası İran və Hindistan bədii parçalarının əsasən basma naxışlı pərdələrini xatırladır. Bitki elementləri ilə bəzədilmiş bu medalyonları XV-XVII əsr Təbriz rəssamlarının tərtibatı hazırlanmış Quranın və ədəbi-bədii əsərlərin üz qabığında rast gəlmək olar. Medalyonların yuxarı və aşağı tərəfində yerləşən başlıqlar medalyonlar ilə orta sahə arasında boş yerləri doldurur. 


2. Həmçinin xalça toxuyucuları arasında “Çini-çeşni” adı alan “Qarabağ” xalçaları mövcuddur. Bu xalçaların kompozisiyasını bir cərgədə yerləşən səkkizguşəli medalyonlar təşkil edir.