Bu maraqlıdır!

Müasir simfonik orkestr hansı alətlərdən ibarətdir?

İlk orkestr yaranandan bəri alətlərin sayı onlarda daima dəyişmişdir. 


Dövrümüzdə simfonik orkestr təxminən səksən musiqi alətindən ibarətdir-onların sayı hansı əsərin ifa edilməsindən asılı olaraq dəyişir. Orkestri dirijor idarə edir, o, konsert zamanı səhnənin ortasında dayanır ki, bütün musiqiçilər onu görüb göstərişlərinə əməl edə bilsinlər. Dirijorun qabağında simli alətlərdə ifa edənlər oturur. Sağ tərəfdə səslənməsi daha yüksək olan skripkalar yerləşir, onlardan sola alt və violonçellər, tam solda isə səslənməsi ən aşağı olan kontrabaslar yerləşir. Simli alətlərin ardınca mis və taxta nəfəsli alətlər, səhnənin ən dərinliyində isə zərb alətləri yerləşir. Hərdən konsertlərdə orkestr ilə birlikdə fortepiano da iştirak edir-onu skripkaların yanında qoyurlar.