Bu maraqlıdır!

Nəfəsli alətlərdə necə ifa edirlər?

Nəfəsli alətlərə şeypur, fleyta, qoboy, klarnet, trombone, saksafon, kornet və başqaları aiddir. Bütün bunların hamısında səs musiqiçinin alətin başındakı kiçik deşiyə tam gücü ilə üfürdüyü hava axınının hesabına yaranır. Bu vaxt musiqiçi alətdəki hava çıxan deşikləri açıb-bağlayan klapanları sıxır və buraxır: havanın hansı deşikdən çıxmağından asılı olaraq müxtəlif notlar alınır. 


Daha mürəkkəb, məsələn, orqan kimi musiqi alətləri var. O, çoxlu sayda müxtəlif ölçülü borulardan ibarətdir, içərisindən hava keçdikdə onlar da səs çıxardır. Boruların da açılıb-bağlanması klapanlar vasitəsilə edilir və musiqiçi fortepianoya oxşayan pedal və dillər vasitəsilə həmin klapanları idarə edir.