Uşaq yaradıcılığı

Qonağımız Məhbubə Mehdizadədir

Bu gün biz sizi rubrikamızın qonağı, istedadlı Məhbubə Mehdizadə ilə tanış etmək istəyirik. Məhbubənin 10 yaşı var. O, Xətai rayon, 24 saylı tam orta məktəbin 5-ci sinfində oxuyur.

 

Məhbubə kiçik yaşlarından rəsm çəkməyə başlayıb. Hazırda “İnnovasiya“ tədris mərkəzinin rəssamlıq bölümündə bu peşənin sirrlərini öyrənir.

 

“Payız fəsli”, “Zəfər günü” və “Dünya Azərbaycanlılarının Həmrəylik günü” mövzularında keçirilən sərgilərdə rəsm  əsərləri nümayiş etdirilib, fəal iştirakına görə sertifikatla mükafatlandırılıb. Anası Şuşalı olduğundan körpəlikdən Qarabağa aid rəsm əsərlərinə maraq göstərir. Ən sevdiyi rəsmi də, "Xarı bülbül"dür.

 

Məhbubə gələcəyin tanınmış həkimi və rəssamı olmaq arzusundadır.  O, bu arzusunu reallaşdırmaq üçün əlindən gələni edəcəyini, dərslərinə hər zaman ciddi, məsuliyyətli yanaşacağını dedi. 

 

Biz də “Uşaq Bilik Portalı” adından Məhbubə Mehdizadəyə uğurlar arzu edir, rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.