Təbiət

İşıq saçan canlılar

Biolüminesensiya kimyəvi reaksiya nəticəsində canlılar tərəfindən istehsal olunan işıq prosesidir və rast gəlinən ən unikal hadisələrdən biridir. İşıqlar adətən mavi və ya mavi-yaşıl qarışımı rəngdə olur. Əlavə olaraq da bənövşəyi, yaşıl, sarı və çəhrayı rənglərə də rast gəlmək mümkündür. Bu hadisə su hövzələrində daha çox müşahidə olunur. Biolüminesensiya yaradan canlılara okeanın səthindən tutmuş dərinliklərinə qədər rast gəlmək mümkündür.

 

Bəs işıq necə əmələ gəlir? Canlılarda mövcud olan əsas işıq əmələ gətirən element lusiferazadır. Müxtəlif substartlar (birləşən və ya ayrılan maddələr) lusiferin adlanır. Lusiferaza lusiferin və oksigenin kimyəvi reaksiyasını sürətləndirərək lusiferin molekulunu oksidləşdirir və işıq əmələ gəlir.

 

Elm adamları canlıların bu növ refleks göstərməsinin səbəblərinə dair hələ tam cavab ala bilmirlər. Lakin, təxmin edilir ki, bu proses ya müdafiə xarakterlidir, ya ov əldə olunması üçün qurulan bir pusqudur və ya canlılar arasında yaradılan unikal ünsiyyət vasitəsidir.

 

Biolüminesensiyaya Yaponiya, Puerto-Riko, Tayvan, Yamayka, Maldiv adaları, Yeni Zellandiya, Malta, Avstraliya və s. ölkələrdə rast gəlinir.