Atalar sözləri

Beyninin qurdu tərpənmək

Hədsiz dərəcədə hirslənmək, hövsələdən çıxmaq, hiddətlənmək


İfadə insan beyninin təbiəti haqqında tibbi biliklərdən qaynaqlanmışdır. Heyvanların vә habelә insanların beynindә qurd olması təbabətdə onunla izah edilir ki, bəzi milçәklәr (göyünlәr, mozalanlar), әsasən, heyvanların burun boşluğuna yumurta qoyur ki, bu yumurtalardan çıxan sürfә (qurd) oradan beyinә keçir. Beyninә qurd düşmüş heyvanlarda yerindә fırlanma, başgicәllәnmә, çapalama halları müşaһidә edilir. İfadәnin mәcazi mәnası da buradan törәyib: gözlənilmәz һәrәkәt edәn adam һaqqında «beyninin qurdu tәrpәnib» deyirlәr.

 

İbn Sina һaqqında yayılmış xalq rәvayәtlərinin birindә deyilir ki, tәlәbәsinin müvәffәqiyyәtlərini görәn paxıl müәllim daha İbn Sinanı yaxına buraxmır, müalicәsini ondan xәlvәt aparır. Bu müәllim bir dәfә beyninә qurd düşmüş bir şәxsin beyin qapağını çıxarır, maqqaşı әlinә alıb beyindәki qurdu qoparmaq istәyir. Müәlliminin hәrәkәtlәrini gizlicә izlәyәn İbn Sina qışqırır: «Ustad, maqqaşı qızdır ki, qurdu yandırıb öldürsün, yoxsa beyin pərdәsi dә zәdәlәnә bilәr». Dilimizdə bu ifadə ilə eyni mənanı bildirən «qurdları oyanmaq», «keçiləri gəlmək», «cin atına minmək», «cinlənmək», «özündən çıxmaq» kimi deyimlər də geniş yayılıb.