Xəbərlər

“Göy qurşağı” jurnalının növbəti nömrəsi çapdan çıxıb

30.10.2013. “Göy qurşağı” uşaq jurnalının 2013-cü il sentyabr-oktyabr nömrəsi çapdan çıxıb.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilati dəstəyi ilə nəşr edilən jurnal həmişə olduğu kimi, bu dəfə də balaca oxucularının görüşünə maraqlı yazıları, göy qurşağı kimi əlvan şəkilləri ilə gəlib.

Nəşrin bu nömrəsində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr edilmiş şeirlər və digər yazılar öz əksini tapıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ölkəmizin Yaponiyadakı səfirliyi ilə əlaqəsi də balaca oxucular üçün maraqlı olacaq.

Jurnalın səhifələrində uşaqlar həmyaşıdlarının yaradıcılığı ilə yaxından tanış ola bilərlər. Son nömrədə balaca rəssamların “Mənim rəng dünyam”, “Özün düzəlt”, “Nələr olur dünyada” və digər rubrikalarda çəkdikləri şəkillər, сanlılar aləminə dair maraqlı faktlar, məntiqi suallar, lətifələr və s. məlumatlar yer alıb.