Bu maraqlıdır!

Sikstin kapellası

Sikstin kapellası - Vatikanda yerləşən İntibah (Renessans) dövrü italyan incəsənətinə aid ən görməli və görkəmli tikililərdən biridir. Çöl tərəfdən, bura, XV əsrə aid bir kilsə binası olsa da, içərisində-divarlarında İntibah dövrünün əsl inciləri yerləşir. 1481-83-cü illərdə kapellanın divarlarına Musa və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir. Bu freskaların çoxu XV əsrin sonlarında yaşamış — Botticelli, Ghirlandaio, Perugino, Signorelli, Cosimo, Roselli kimi tanınmış rəssamlara aiddir. 1508-1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536-1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır.

 

Kapella 1475-1481-ci illərdə inşa edilib, onun memarı gənc usta Giovanni de Dolcidir. Bina, IV Sikstin (IV Sisto) dövründə tikildiyinə görə "Sikstin kapellası" olaraq adlandırılıb.

 

Kilsənin tikintisi üçün yer təsadüfən seçilməyib. Əvvəllər Romada bu məkanda katolik ruhanilərinin toplaşdığı Böyük Kapella (Cappella Maggiore) yerləşib. Köhnəlmiş kilsənin yenidən qurulması məhz memar Baccio Pontelli və mühəndis Covannino de Dolciyə həvalə edildi.

 

Sikstin kapellası-0inanılmaz dərəcədə gözəl mərmər hasarla iki hissəyə bölünən nəhəng düzbucaqlı salondur. Memarlar belə bir binanın tikintisinə çoxlu əmək sərf etmişlər, lakin Sikstin kapellasının ən mühüm dəyəri və sərvəti Mikelancelonun freskaları və divar çıxışlarıdır ki, onları haqlı olaraq İntibah sənətinin zirvəsi adlandırmaq olar.

 

Kapellanın uzunluğu 40, eni isə14 metrdir. Kilsənin daxili üç qatdan ibarətdir. Birinci qatda çəkilən rəsmlər pərdələri xatırladır. Ortada freskalarla sağda "İsanın həyatı", solda isə "Musanın həyatı" olmaqla təsvirlər verilib.

 

Üçüncü qatda pəncərələr yerləşir. Onların üzərində bu dövrə qədər papalıq etmiş 32 papanın rəsmləri əks olunub. Tavanda rəsmlərin işlənməsi fikri də məhz papa II Yuliyə(II Julius) aiddir. Kilsədə önəmli ayinlər icra edilir və məclislər keçirilirdi. Bu məclislərdə iştirak edənlər isə ordakı şəkillərin, təsvirlərin mənasını tam dolğunluğu ilə anlaya biləcək şəxslər idilər. Bunu bilən II Yuliy bu otaqda daha çox və dərin mənalı rəsmlərlə zənginləşdirmək fikrinə düşdü. Buna görə o, heykəltəraş Mikelancelo Buonarrotiyə sifariş verdi.

 

Sikstin kapellasının tavanı 1508-1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür. Müəyyən dəyişikliklərlə son görüntü əldə edilib. Tavan dekorasiyasının mərkəzində İncilin "Yaradılış" kitabından 9 müxtəlif kompazisiya mövcuddur. Bunlardan ən tanınmışı isə İsanın yaradılışı ilə bağlı olanıdır. Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur.

 

Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur.

 

Sikstin kapellası həm də muzeydir. Hər il dünyanın müxtəlif yerlərindən gələn yüzlərlə turist kapellanı ziyarət edir!