Bu maraqlıdır!

Köhnə yeni il

Bu gün 13 Yanvar - Köhnə yeni ildir. Köhnə yeni ili qeyd etmək ənənəsi ta qədimdən, hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gun bayram kimi qeyd olunurdu. 

 

Daha sonra 1700-cü ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib.

 

Qərarda qeyd olunub ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır. I Pyotr xoş başlanğıc olaraq xalqı təbrik edib, hamıya işlərində uğurlar, ailədə xoşbəxtlik arzulayıb: "Yeni ilin gəlişi münasibətilə şam ağaclarını bəzəyin, uşaqların əylənməsi üçün onları xizək sürməyə aparın. Böyüklər isə sərxoş məclislərində və dava-dalaşlarda iştirak etməsin – bunun üçün digər günlər də yetərlidir".

 

Çevrilişdən sonra Sezar təqviminə keçən Rusiyada tarixlər yaman qarışdı. İki təqvim arasında 13 günlük bir fərq var idi. Elə bu səbəbdən yeni ili 13 yanvardan qeyd etməyə başladılar.

 

Yanvarın 13-ü köhnə Yeni il kimi Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə də qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur. Amma nəzərə almaq lazımdır ki, bu bayram təkcə Rusiyada, eləcə də postsovet ölkələrində keçirilmir. Katoliklər yeni ili e.ə 45-ci ildə roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edir.

 

Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir. Yeni ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir. Serbiyada bayram Serbiyanın Yeni ili adlandırılır. Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur.

 

Yaponiyada isə "rissyun" adlanan köhnə Yeni il baharın gəlişidir. Azərbaycanda köhnə Yeni ili ölkəmizdə yaşayan ruslar qeyd edirlər. Dünyanın bəzi ölkələrində bu bayramla bağlı özəl münasibətin səbəbləri də var. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, qarışıqlıqdan uzaq keçirilməsidir.