Mədəni irsimiz

Nəfis sənət əsəri - buynuzdan hazırlanmış barıtqabı

Milli Azərbaycan Tarixi Muzeyində qorunan XIX əsrə aid barıtqabı diqqəti xüsusilə cəlb edir.

 

Muzeydən AZƏRTAC-a bildirilib ki, həmin barıtqabı buynuzdan hazırlanıb, dar ağızlı, qapaq yeri sümükdəndir. Barıtqabının ağzını tutan dəstəkli metal hissə gövdəsinə uyğun hazırlanıb, asılması üçün iki halqa bərkidilib. Belə barıtqabılar XVIII-XIX əsrlərdə daha çox Azərbaycan və İranda geniş istifadə olunub.

 

Muzeyinin zəngin silah kolleksiyasında barıtqabıları xüsusi yer tutur. Çiyindən və ya kəmərdən asılan müxtəlif forma və ölçülü barıtqabı silahla bərabər təkmilləşmə yolu keçib, günümüzdə nəfis sənət əsərlərinə çevrilib. Muzeyin Silahlar və bayraqlar fondunda qorunan barıtqabı kolleksiyasındakı nümunələr əsasən sümük, buynuz, dəri, ağac, parça, metaldan hazırlanıb. Bu nümunələr içərisində buynuz formalı, dəstəkli barıtqabılar üstünlük təşkil