Atalar sözləri

Dağ mənim yanıma gəlməsə, mən dağın yanına gedərəm!

Başqa sözlə: “ – Mən kiçiklik etməyə hazıram”.


Şərqdə çox məşhur olan Molla Nəsrəddin lətifələrindən birində deyilir ki, Molla özünü peyğəmbər kimi qələmə verib, bunu sübut etmək üçün möcüzə olaraq dağı yanına çağırır. Dağ yerindən tərpənmədikdə molla dağa tərəf gedir və deyir:”Mən o forslu peyğəmbərlərdən deyiləm, dağ mənim yanıma gəlməz, mən dağın yanına gedərəm”.


H.Cavidin “Maral” pyesində Çingiz bəy deyir:”Canım, biz alçaq könüllü peyğəmbərlərdəniz, dağ bizə gəlməzsə, biz dağın ətəyinə gedəriz”.