Bu maraqlıdır!

Lamaya yüksəklik şəraitində yaşamağa nə kömək edir?

Lama dəvə sinfinə aiddir, ancaq o ölçülərinə görə balacadır və daha cazibədardır. Lama Cənubi Amerikanın And dağlarındakı yaylalarda, 400 metr dəniz səviyyəsindən hündürdə yaşayır.


Bu çox qeyri-adi heyvandır, onun orqanizmi havada oksigenin qat-qat seyrək olduğu yüksəkliklərdə yaşamağa uyğunlaşmışdır; lamanın qanında insan qanına nisbətən iki dəfə artıq qırmızı qan kürəcikləri var və məhz buna görə onun qanı havadan daha çox oksigen qəbul edə bilir.

 

Lamanın uzun və sıx kirpikləri var, həm də o istədiyi vaxt öz burun deşiklərini bağlaya bilir- bu qayda ilə onun gözləri və nəfəs yolları tozdan və soyuq dağ küləklərindən qorunur. Lamanın yunu çox uzun və istidir, parça və ipliyin hazırlanmasında yüksək qiymətləndirilir.