Afişa

“Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi elan olunub

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi elan olunub. “Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilir.

 

Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

 

Onun sözlərinə görə, Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olmaqla (https://www.facebook.com/groups/144172178999749/?ref=share) əsərin fotosu ilə bərabər, texnikası, materialı, adı, müəllifin adı, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsi yerləşdirərərk qoşulmaq mümkündür.

 

Müsabiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Ölçü və texnika sərbəstdir. İştirakçı bir və ya iki əsəri təqdim edə bilər. Əsərlər tək-tək yerləşdirilməlidir. Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.