Bu maraqlıdır!

İnsan bədəni nədən ibarətdir?

Bədənimiz milyonlarla kiçik hissəciklərdən-hüceyrələrdən ibarətdir. Hər bir hüceyrə kiçik canlı orqanizmdir: qidalanır, çoxalır və başqa hüceyrələrlə münasibət qurur. Çoxlu eynitipli hüceyrələr, birləşərək toxumları əmələ gətirir, insan bədəninin müxtəlif əzaları onlardan ibarətdir.


Hər bir hüceyrə sitoplazma ilə əhatə olunmuş nüvədən ibarətdir və nazik qabıq-pərdə ilə örtülüdür. Sitoplazma tərkibində müxtəlif qida maddələri-karbohidratlar, zülallar və s. olan həll olunmuş sudur. Nüvədə kodlaşdırılmış bütün genetik məlumat olan DNT adlı maddə yerləşir.