Mədəni irsimiz

Mağara sakinlərinin istifadə etdikləri ilk alətlər- giqantolit

Paleolit arxeoloji ekspedisiyasının 1974-cü ildə Azıx mağarasının VIII təbəqəsində aşkar etdiyi 3 ədəd daş alət diqqəti cəlb edir.

 

Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

 

Həmin alətlər şərti olaraq giqantolit (yəni çox böyük daş) və ya çoppinq-giqantolit adlandırılır. Hazırda bu daşlardan biri muzeyin arxeologiya fondunda qorunur. Azıx düşərgəsinin ən aşağı təbəqələrindən tapılmış çoppinq tipli bu maraqlı və nadir əmək aləti mağara sakinlərinin iki əllə yaxşı tutub istifadə etdikləri ilk alətlərdəndir.

 

Eksponat tezliklə muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.