Bu maraqlıdır!

Rovinj şəhəri

“Xorvatiyanın Venesiyası” kimi tanınan Rovinj şəhəri - Aralıq dənizi sahilinin ən mənzərəli, Xorvatiyanın isə ən sirli, romantik və heyrətləndirici şəhəri hesab olunur.

 

Bu qədim şəhər möhtəşəm memarlığı, rəngarəng çiməklərin ahəngi və gözoxşayan mənzərəsi ilə diqqəti cəlb edir. Rovinj şəhəri 67 km-lik sahilboyu ərazisi ilə birlikdə Xorvatiyanın ən heyrətamiz və görməli yerlərindən biri sayılır. Xorvatiyaya ziyarət etmək istəyənlər üçün TOP 10 yerdə tövsiyə olunur.

 

Şəhərin tarixi mərkəzi İstriya yarımadasının qərb sahilində yerləşir, yeni hissəsi isə yarımadanın cənubunda və şimalında materikin sahilində inşa edilmişdir. Ətrafında 22 kiçik ada var.

 

Rovinj inkişaf etmiş turizm infrastrukturuna malik müasir bir kurortdur - müasir otellər, idman qurğuları, gecə klubları və restoranları ilə məşhurdur. Rovinj hələ də aktiv bir balıqçılıq və turizm limanıdır. Tarixi adları – “Ruigno”, “Ruvigno”, “Ruginio”dur.

 

Rovinj şəhərinin tarixi

 

Qədim sənədlərə görə, şəhərin tarixi III və V əsrlərə aiddir. Şəhərdəki arxeoloji tapıntılar çox qədimdir, bəzi qazıntılar hətda Dəmir və Tunc dövrünə aid edilir.

 

Rovinj cəlbedici və strateji baxımdan əhəmiyyətli mövqeyi sayəsində bir çox gücləri özünə cəlb etmişdir və uzun tarix boyu bir dəfədən çox fəth edilmiş və xaraba qoyulmuşdur. Müxtəlif əsrlərdə Rovin Bizans, Avstriya-Macarıstan, Fransa, Almaniya, Venesiyanın hakimiyyəti altında olub.

 

Venesiya Respublikasının Rovinj üzərində hökmranlığı dövründə şəhər dəniz limanı və ticarət mərkəzi kimi tanındı, burada əmtəə birjası tikildi, bölgədə balıqçılıq və əkinçilik inkişaf etdi.

 

18-ci əsrdə Rovinj məşhur bir ticarət və dənizçilik mərkəzinə çevrildi və bir şəhər olaraq çiçəkləndi. Sakinlər Rovinjə gəlir, inşaat fəal inkişaf edir, evlər tikilir və küçələr daralır. 19-cu əsrdə şəhərdə məktəblər, fabriklər, Ticarət Palatası, Müqəddəs İvan adasının mayakı, Teatr binası və Dəmir yolu inşa edilir. 1905-ci ildə Rovinj şəhərinin telefon şəbəkəsi qurulub.

 

İkinci Dünya müharibəsindən sonra Rovinj şəhəri Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibinə daxil edildi və 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra şəhər müstəqil bir dövlətin - Xorvatiyanın şəhəri oldu.

 

Bu gün Rovinj şəhərinin əsas gəlirini – turizm təşkil edir.

 

Rovinj şəhərinin görməli yerləri

 

Rovinj şəhərinin əsas görməli yerləri yarımadadakı tarixi mərkəzində - Rovinjin Köhnə şəhərində cəmlənmişdir. Şəhərin uzun tarixindəki hər dövr memarlıq görünüşündə iz buraxmışdır.

 

Rovinj şəhərinin özünəməxsusluğu, müxtəlif dövrlərə aid üslubların harmonik birləşməsində - Qotik, İntibah, Barokko (XVII-XVIII əsrlədə Avropa mədəniyyətində renessans və klassizm arasında mövcud olan bir cərəyan) və Neoklassisizm üstünlük təşkil edir.

 

Rovinj şəhərinin əsas görməli yerləri arasında Müqəddəs Evfimiya Katedrali; Müqəddəs Üçlük Kilsəsi; Məryəm Kilsəsi; Kaliffi ailə sarayı; Rovinjin mərkəzi meydanındakı Bələdiyyə binası; Tito meydanı, Arka Balbi,  


1888-ci ildə açılan Muccia Yaşıl Yarımadasındakı Dr. Martin Xəstəxanası; Françıskan monastırı; Benedikt monastırı (VI əsr); Batan muzey  (taxta bir balıqçı gəmisinin tarixi - Rovinj şəhərinin əsas simvolu hesab edilir); Rovinj akvarium; Rovinjin Köhnə şəhərinin piyada küçəsi – Carera-nın adlarını çəkmək olar.

 

Rovinjin mərkəzindəki bir çox qədimi 300-400 yaşlı evlər, Köhnə Nağılın görünüşünü və atmosferini qoruyaraq şərtilə, müasir otel və mənzil halına gətirilib.

 

2015-ci ildə National Geographic, Rovinj şəhərini dünyanın 225 ən görməli yerləri siyahısına daxil edib.