Mədəni irsimiz

Turacı rəqsi

Azərbaycanın məşhur qədim xalq rəqslərindən biri də “Turacı” rəqsidir. Bu rəqsi ancaq qadınlar oynayırlar. “Turacı” incə melodiyası ilə fərqlənir.


Rəqsin adı gözəl görünüşü olan turac quşu ilə bağlıdır. Rəqs turacın uçuşunu xatırladır. Bu rəqsi oynayanın hər hərəkəti turacın uçuşunu, havada süzməyini xatırladır.


Rəqsin adının ortaya çıxması haqqında belə bir əfsanə var. Nəcəfqulu xanın oğlunun toyunda rəqqasə elə gözəl oynayır ki, hamı heyrətə gəlir. Onun etdiyi rəqs hərəkətlərinə bu vaxta kimi heç yerdə rast gəlməmişdilər. Nəcəfqulu xan onun rəqsinə baxdıqdan sonra deyir: “Sən lap turac kimi süzürsən.” Bu söz rəqsin adının yaranmasına səbəb olur.


“Turacı” XIX-cu əsrdə yaranmışdır, amma bu gün də ifa olunur.