Bu maraqlıdır!

Hansı qida maddələri bizə lazımdır?

Orqanizmin normal işləməsi üçün qidalanma müxtəlif olmalıdır: yediyimiz yeməyin tərkibdə bütün qida maddələrindən olmalıdır.

 

Hər bir insan üçün lazım olan qida maddələrinin miqdarı onun yaşından, cinsindən, bədən quruluşundan və s. asılıdır. Tədqiqatlar nəticəsində alimlər təyin edib ki, insanın gün ərzində yediyi yeməyin tərkibində olan ərzağın təxminən yarısı karbohidratlardan (çörək, yarmalar, kartof, tərəvəz, göyərti), üçdəbir hissəsi zülaldan (ət, balıq, süd, yumurta) ibarət olmalıdır. Həmçinin yeməyin tərkibdə vitaminlər (bütün növ meyvələr), mineral duzlar və sellüloz
olmalıdır. Bundan başqa, hər gün ən azı bir litr yarıma qədər maye qəbul edilməlidir.