Bu maraqlıdır!

Biz nə üçün yeyirik?

İnsan orqanizmi çox mürəkkəb mexanizmdir və hər bir mexanizm kimi onun işləməsi üçün yanacaq lazımdır. Yediyimiz yemək yanacağı əvəz edir: onun tərkibində qidalı maddələr var, onlardan bizim orqanizm həyat funksiyasının yerinə yetirilməsi üçün tələb olunan enerjini alır, həmçinin yeni hüceyrə və toxumalar düzəldir.


Sağlam adamın orqanizminin normal işləməsi üçün aşağıdakı tipdə qida maddələri lazımdır: karbohidratlar, zülallar, yağlar, vitaminlər, mineral duzlar və su.