Bu maraqlıdır!

Canlı aləm haqqında maraqlı faktlar

1. İnsan bədənində ümumilikdə 640-dan 850-yə qədər əzələ mövcuddur. Ən güclü əzələ dil və çeynəmə əzələləri hesab edilir. Ən qısa əzələ qulaq içində olan əzələdir ki, onun uzunluğu 1,27 millimetrdir. İnsan bədəninin ən dözümlü əzələsi ürək əzələsidir. Ən sürətli əzələ isə gözlərimizi qırpan əzələdir.

 

2. Los-Anceles şəhərinin tam adı "El Pueblo de Nuestra Señora la Reina de los Ángeles de la Porciúncula "dır.

 

3. Hündürlüyü 8000 metrdən yüksək olan 14 dağın hamısı məhz Asiyada yerləşir.

 

4. Manqalitsa donuzu - dünyada yunla örtülmüş yeganə donuz cinsidir.

 

5. Soğan kəsildikdə gözləri qıcıqlandıran yandırıcı qaz buraxır, bu səbəbdən soğanla təmas etdikdə gözdən yaş axır.

 

6. Qrafit mineralı təsadüfən karandaşların istehsalında istifadə olunmağa başladı. Belə ki, bir alim təsadüfən qrafitli fincanı sındırmış və onun kağız parçasının üzərindəiz buraxdığının şahidi olmuşdur.

 

7. Bir çox qədim ixtiraçıların və filosofların oxuduğu məşhur İsgəndəriyyə Kitabxanası məhz qədim Misirdə yerləşib. Orada tətəhsil almış tələbələrindən biri Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı və fiziki Arximed olub.

 

8. Yer üzündə sönmüş vulkanların ən yüksəyi Argentinada yerləşən - Akonkaquadır. Onun hündürlüyü 6960 metrdir.

 

9. Yer üzündə altı növ zəhərli quş var.

 

10. Banan, qovun və qarpız - giləmeyvə, pomidor isə meyvə hesab edilir.

 

11. Ayın diametri Yerin diametrinin təxminən dörddə birinə bərabərdir. Bu, Günəş sisteminin bütün planetləri və peykləri arasında ən böyük nisbətdir.

 

12. Qonşu dövlətlər arasında ən uzun sərhəd 8963 km, ABŞ və Kanada arasındadır.

 

13. İnsanların və digər məməlilərin qanı tərkibindəki dəmir oksidinə görə qırmızıdır. Osminoqlarda isə qana oksigeni daşıyan dəmir deyil, məhz misdir, buna görə onların qanı mavi rəngdədir.

 

14. Böyük sərkərdə Makedoniyalı İsgəndər özünü Zevsin oğlu adlandırıb və həmişə əfsanəvi Heraklın nəslindən olması ilə öyünürdü. İsgəndərin müəllimlərindən biri məhz Yunanıstanın ən görkəmli filosofu və alimi - Aristotel olub.

 

15. Almaların sağlamlıq üçün çox xeyirli olduğu haqda bilirik, lakin çiyidləri, xüsusilə çox miqdarda istifadə olduqda, zəhərlidir. Belə ki, onların tərkibində çox təhlükəli amigdalin qlikozid maddəsi var, hansı ki, mədəyə daxil olduqda parçalanmağa başlayır. Bunun nəticəsi olaraq təhlükəli və güclü zəhər olan - Sianid turşusu (HCN) (hidrogen sianid) əmələ gəlir.

 

16. Adi orta dumanın bir kubmetrində təxminən 0,5 ml su var.

 

17. Latın dilində “virus” sözü “zəhər” deməkdir. İnsanlar ilk dəfə virusları yalnız XX əsrin ortalarında elektron mikroskoplar meydana çıxdıqdan sonra gördülər.

 

18. Dünyanın ilk ay təqvimi məhz qədim Çində yaradılmışdır. Bu, 4000 ildən çox əvvəl baş verib.

 

19. Ob çayının təxminən 150.000 qolu var.

 

20. Dünyanın ən təmiz dənizi Antarktidadakı Ueddel dənizidir.

 

21. İndoneziya 17508 adada yerləşir.

 

22. Aya ekspedisiya zamanı astronavtlar unikal mineral, silikat mineral- trankvillit mineralını aşkar etdilər. Uzun onilliklər ərzində bu mineralın Yer üzündə ümumiyyətlə olmadığına inanılırdı, lakin 2011-ci ildə ilk nümunə Avstraliyada tapıldı.

 

23. Bioloqlar bildirilər ki, yer üzündə canlı aləmin ən uzunömürlü nümayəndələri - sekvoyalardır. Bu ağaclar ən azı 2000 il, hətta daha çox yaşayır.

 

24. Şimal qütbü - Şimal yarımkürəsində Yerin öz oxu ətrafında gündəlik fırlanmasında iştirak etməyən yeganə nöqtədir.

 

25. Tək kimyəvi elementdən ibarət yeganə qiymətli daş - almazdır.

 

26. İlk qədim Misir pilləli ehramı təxminən 4600 il əvvəl inşa edilib.

 

27. Göy qurşağının ilk nəzəriyyəsi 1637-ci ildə fransız filosofu və riyaziyyatçısı Rene Dekart tərəfindən tərtib edilib.

 

28. ABŞ-ın 50 ştatından 23-nün okeana çıxışı var.

 

29. Yaponiyada 17 aktiv vulkan mövcuddur.

 

30. Nauru - dünyada rəsmi paytaxtı olmayan yeganə dövlətdir.

 

31. 1980-ci ildə dünyada telefon olmayan yalnız bir ölkə var idi. O da Butan idi.

 

32. “Firon” sözü qədim Misir dilindən “böyük ev” kimi tərcümə olunur və bu, ilk növbədə hökmdarın sarayı, sonra isə özünü ifadə edirdi.

 

33. Dəvəquşunun ömrü 75-80 ilə çata bilər.

 

34. Dünyanın ən böyük limanları: Rotterdam, Sinqapur, Kobe, Nyu-York və Yeni Orleandır.

 

35. Ən yüngül mineral - kriolitdir. Çox nadirdir və buna görə də son dərəcə bahalıdır, lakin sənayenin buna ehtiyacı var, ona görə də süni şəkildə istehsal olunur. İridium isəən sıx mineraldır. İridium çox bərk, çətin əriyən gümüşü-ağ metaldır.

 

36. Əslində göy qurşağı tam bir qapalı dairədir. İnsan yerdən göy qurşağı gördüyü üçün yarımdairə kimi görünür. Ancaq təyyarədən baxdıqda onu dairə şəklində görmək mümkündür.

 

37. Baykal gölünə 336 çay axır və yalnız Anqara Baykaldan axan yeganə çaydır.

 

38. Xiyar digər qidalardan daha çox su ehtiva edir (97-98%-ə qədər).

 

39. Ulan-Bator - dünyanın ən soyuq paytaxtı hesab olunur.

 

40. Tam formalaşmış virusa - Virion deyilir.