Afişa

IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunacaq.

 

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

 

Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. İştirak etmək istəyənlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə müraciət edə bilərlər.

 

Müraciətçilər fevralın 17-dək qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət ediləcəklər.

 

Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.