Şeirlər

Valeh Qoca. Zəlzələ soyuğu

Orman yoxmu yandırmağa İlahi?!
Buza dönmüş otaqların yanında.
Nə olar ki, bir dəfə də sən ağla, 
O qurumuş dodaqların yannıda. 


Nə gündüzüm gündüz oldu, nə gecəm, 
Bir körpənin ölümündə mən heçəm.
İçim yanır, əlim gəlmir su içəm, 
Gözüm qalıb bulaqların yanında. 

 

 

Elə sancdın ürəklərə bıçağı, 
Açılıbdır yağının da qucağı.
Necə yanır o zəlzələ ocağı?!
Hamı donur ocaqların yanında. 


Bu nə zülmət, min gecənin şamı bir, 
Düşmənin də, can dostun da camı bir.
Səndən başqa hamı doğma, hamı bir,
Yaxınlar da uzaqların yanında. 


Su tapılmır, hər yan qandır İlahi. 
Ya əvvəldi, ya bu sondur İlahi. 
Məni dondur, məni dondur İlahi, 
Utandırma uşaqların yanında.