Xəbərlər

Elitar Gimnaziyada OCEP çərçivəsində Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib

İlyas Əfəndiyev adına  Elitar gimnaziyada OCEP layihəsi çərçivəsində Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev,Türkiyə Cümhuriyyətinin təhsil müşaviri Ali Rıza Altunel, Nəsimi Rayon İcra hakiminin müavini Gülarə Verdiyeva, Atatürk liseyinin direktoru, Milli Olimpiya Komitəsinin ekspert və koordinatorları iştirak ediblər.


Tədbirdə Elitar gimnaziyanın şagirdləri tərəfindən Türk mədəniyyətini əks etdirən rəsm əsərləri sərgilənib.


Şagirdlər maraqlı çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.


Gimnaziyanın idman sahəsində fərqlənən şagirdləri öz bacarıqlarını qonaqlar qarşısında nümayiş etdiriblər.