Təbiət

İnsanlar torpağı nə vaxtdan əkməyə başlayıblar

Əkinçilik ilk dəfə yaxın Şərqdə təxminən 10000 il əvvəl yaranıb. Qədimlərdə bu ərazidə təbii şərait torpağın əkilməsi və heyvan saxlanılması üçün çox münasib idi: burada su bol, torpaq isə çox məhsuldar idi.


Əkinçilik çox gec inkişaf edirdi. Əvvəlcə insanlar toxumları necə əkməyi və səpməyi öyrənmək üçün bitkilərin necə çoxalmasını başa düşməli idilər; ancaq bundan sonra onlar torpağı necə əkmək qaydalarını fikirləşdilər və bunun üçün lazım olan alətləri düzəltdilər. 


Əkinçiliklə məşğul olan insanların həyat tərzi çox dəyişdi. Onlar artıq bir yerdən başqa yerə köçə bilmirdilər; çünki bütün il ərzində öz torpaq sahələri ilə məşğul olmalı idilər, ona görə də onlar öz köçəri həyatlarını oturaq həyat tərzinə dəyişəsi oldular, yəni daima bir yerdə yaşamağa başladılar. Beləcə, kəndlər və qəsəbələr meydana gəldi.


Alimlər neolit dövrü adlandırdığı əkinçiliyin ixtira edilməsi və onunla əlaqədar insanların həyat tərzinin dəyişməsi bəşəriyyət tarixinin yeni dövrüdür.