Təbiət

İlk mədəni bitkilər

Bizim vaxtımızda hər bir adam, məsələn, özünə səhər yeməyinə düyü, buğda qarabaşaq sıyığını hazırlamağı özü seçə bilər. Ancaq həmişə belə olmayıb. Min illər planetin müxtəlif rayonlarında müxtəlif bitkilər yetişdirirdilər və insanlar ancaq öz əkib-becərdikləri ilə qidalanırdılar. 


Buğda və arpanı ancaq Avropa və Yaxın Şərqdə becərirdilər. 


Cənubi və Mərkəzi Amerikada, əsasən, ərzaq məhsulu kimi qarğıdalıdan və ya yerli sakinlərin dili ilə desək, maisdən istifadə edirdilər. Düyünü ilk dəfə Hindistanda becərməyə başlayıblar, sonra isə onu Çində darı əvəzinə əkməyə başladılar. Bütün bunlardan başqa, neolit dövründə insanlar zeytun, üzüm, balqabaq, lobya əkib-becərməyə başladılar. Bu məhsullardan insanlar bu günə kimi istifadə edirlər.