Bu maraqlıdır!

İlk evlər necə idi

İlk əkinçilər oturaq həyat tərzi keçirdiyi, yəni daima bir yerdə yaşadıqları üçün onlara daimi möhkəm yaşayış yeri lazım idi. Evlərin tikintisi üçün onlar əl altında olan təbii materiallardan istifadə edirdilər: ağac gövdələri, qamış, palma ağacının yarpaqları, ya da daş, gil və hətta heyvan dərilərindən istifadə edirdilər. Mesopotamiyada, Misirdə və bir neçə başqa yerlərdə gil kərpiclərdən tikirdilər. əvvəllər kərpicləri günün altında qurudurdular, sonralar isə onları möhkəm olmaq üçün sobada bişirirdilər. 


Ola bilsin ki, ilk əkinçilərin evlərində nə pəncərə, nə də qapı olub. Bu cür evin içərisinə düşmək üçün ona söykənmiş nərdivanlarla evin damına çıxmaq, oradakı girişə düşmək lazım idi. Evlər arasında küçə yox idi, çox zaman onlar bir-birinə söykənirdi. 


Göllərin və böyük çayların sahilində yaşayan insanlar çox zaman evləri dayaq üzərində tikirdi: dayaqları yoğun ağacların gövdələrindən düzəldir, sahil yaxınlığında suyun dibinə basdırır, onun üzərində ağacdan meydança düzəldir və həmin meydançada evləri tikirdilər. Belə ev hər tərəfdən su ilə əhatə olunurdu. Hətta indiki dövrümüzdə də dayaq üzərində olan evlərdə və primitiv gil daxmalarda yaşayanlar vardır.