Nağıllar, hekayələr

Qızıl balıq

Baltik dənizinin sahilində kiçik bir kənddə kasıb bir balıqçı yaşayırdı. Balıqçı atası və anasının ölümündən sonra insanlardan çəkinməyə başlamışdı. Bəzən həddindən artıq kədərlənir, öz daxmasına qapanır və balıq tutmaqdan başqa heç yerə getmirdi. Heç bir kənd əyləncəsi, heç bir musiqi, heç bir rəqs onu sevindirə bilmirdi. Hər şey onun ürəyini sıxırdı. Birtəhər daxmanı səliqəyə salır, dənizə çıxır və dalğaların pıçıltısını dinləyirdi.


Bəzən hətta balıq da tutmaz, oturar, dinləyər, düşünər və dalğaların necə yırğalandığını izləyərdi. Bir dəfə yenə dalğalar yırğalanırdı, balıqçı da dərin fikirə dalmışdı. Birdən yaxınlıqda ağ qağayının uçduğunu və qızıl balığın dimdiyindən sıçrayaraq, suya düşdüyünü gördü.

– Leon, kömək et! – deyərək, balıq qışqırdı. – Məni ölümdən xilas et, sənə bir ömür minnətdar olaram!– dedi.


Balıqçı dərin fikirdən ayılaraq, qağayını qovdu. Balıq ona dedi:
– Məni xilas etdiyin üçün çox sağ ol. Mən də bundan sonra sənə kömək edəcəm.
– “Yaxşı, yaxşı” balıqçı dedi, “amma sən qayığın qabağında dursan yaxşı olar. Qağayılar balıq axtararkən daha çox qayığın arxasında uçurlar”. 


– Bu minvalla, balıqçı gördü ki, hər dəfə dənizə çıxanda balıq ən öndə üzərək, ona yol göstərir. Əgər balığı izləsən, yəni onun arxasınca üzsən, bolluca ovla geri qayıda bilirsən. 


Bu hal dəfələrlə təkrarlanırdı. Əslinə baxanda, balıqçı Leon varlanmamışdı, amma necə deyərlər, kasıbçılığın daşını da atmışdı...  O, artıq qayığı çətinliklə suya endirməsinə və balıqların sadiq it kimi burnuna kimi sıçramasına öyrəşmişdi. Bir gün qayığa yaxınlaşanda balığı görmədi. Amma arxa tərəfdə qızılı saçlı bir qızın oturduğunu gördü. Balıqçı təəccübləndi. 
– Nə üçün təəccüblənirsən? – deyə, qız soruşdu. 
– Mən təəccüblənmirəm, qızıl balığı axtarıram. O, həmişə məni burada gözləyərdi, yaxşı ov ovlamaq üçün mənə yol göstərərdi. –  Mən həmin o balığam. Valideynlərimə qulaq asmadığım üçün qızıl balığa çevrilmişdim. Mən Qərbi Pomeraniyadan gəlirəm.

 

Valideynlərim, varlı adamlardı. Mən evin tək qızıyam. Valideynlərim də mənim kiçik yaşlarımdan bütün istəklərimi yerinə yetirərdi. Ona görə də mənə canlı qızıl balıq almalarını istədim. Bunu edə bilmədilər, amma mən inadımdan əl çəkmədim. Beləliklə, qərara gəldim ki, özüm dənizə gedib balıq tutum. Bir dəfə anam evdən çıxanda, mən də sahilə qaçdım! Anam evə qayıdanda, mən artıq evdə deyildim. Anam qızıl balıq üçün dənizə getdiyimi bildi, əsəbiləşdi və dedi: “Axır ki, o getdi, Qoy o zaman, qızıl balıq olsun!” O, bu sözləri deyən kimi mən kiçilməyə, sonra bir az daha kiçilməyə başladım. Qızılı saçlarım da, pula çevrildi və mən qızıl balıq oldum. Amma indi cəzamın müddəti bitib. Tilsim öz təsirini itirib və mən yenidən insan oldum. Mənim adım Paulinadır.


Balıqçı bu əhvalatdan heyrətləndi. O, Paulinanı bəyəndi və soruşdu: – “Mənimlə evlənərsənmi?” Paulina təklifi qəbul etdi. Balıqçı və Paulina birlikdə valideynlərinin yanına getdilər. 


Paulinanın valideynləri qızlarının qayıtmasına çox sevindilər və təmtəraqlı bir toy etdilər. 


İnsanlar deyirlər ki, ovsunlanmış hər kimsə, çox sirrlər bilir. Beləliklə, Paulina bir çox dəniz sirrini bilirdi və balıqçıya yaxşı bir ovu harada axtarmaq gərəkdiyini göstərirdi. Ona görə də onlar ömürlərinin sonuna kimi xoşbəxt və bolluq içində yaşadılar...