Təbiət

Cape yağış qurbağası

Cənubi Afrikada Keyptaunda yaşayan endemik qurbağa növüdür.


Bu heyvanlar öz növünün ən şirin heyvanları kimi tanınırlar. Bəziləri bu heyvanları sevimli, bəziləri isə çirkin hesab edir.

 

Cape yağış qurbağası-1758-ci ildə Karl Linney tərəfindən Rana Gibbosa adı ilə elmi olaraq təsvir edilən ilk Afrika qurbağası növüdür. Yağış qurbağalarının ən böyüyüdür. Brevicipitidae ailəsinə aiddir. Bu qurbağaların uzunluğu 45 mm-ə çata bilər. Dumanlı və rütubətli şəraitdə yaşayırlar.

 

Qurdlar və kiçik həşəratlarla qidalanır. Onların qalın və güclü ayaqları var. Beləcə torpağı qazıb özünü basdırır. 

 

Daşa bənzər, boz-qəhvəyi bir görünüşə malikdir. Kənd yerlərində, çəmənliklərdə və hətta şəhər yerlərində rast gəlinir. Məişət tullantılarına qarşı həssasdır və ev heyvanlarına qarşı müdafiəsizdir.

 

Yerin altında yaşayır və adətən yağışdan əvvəl meydana çıxır.Təhlükə zamanı havanı udaraq, özünü şişirib dairəvi forma alır.

 

Qalın və əzələli arxa ayaqları özünü yeri qazıb basdırmağa imkan verir.Üzə bilmirlər, suya düşdükdə boğulurlar.

 

Erkəklər dişilərdən daha kiçikdir. Dişi yağış qurbağası yuva qazır və həmin yuvaya 22 yumurta qrupu qoyur. Yumurtaların rütubətini təmin etmək üçün yapışqan jele kimi maye ilə örtülür. Dişi qurbağa balalar çıxana qədər yuvadan çıxmazlar.

 

Onlar Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) tərəfindən nəsli kəsilməkdə olan növlər siyahısına salınıb.