Bu maraqlıdır!

Qədim Yunanıstanda incəsənət

Yunanlar dahi yaradıcılar idilər. Onlar məşhur ədəbiyyat əsərləri yaradır, çox yaraşıqlı məbədlər, abidələr, heykəllər və çox gözəl keramikalar düzəldirdilər. 


Heykəllər çox həqiqətə uyğun idi və onun əsas mövzusu insan bədəni idi. Bəzi heykəllər tanrıları (Miloslu Venera) və ya siyasətçiləri, filosofları və yazıçıları vəsf edirdilər. Yunan keramikaları özlərinin materialına və çox gözəl naxışlarına görə məşhur idi. Bu məmulatların üzərindəki fiqurlar qırmızı və ya qara rəngdə ola bilərdi. Onların bəziləri əsl incəsənət əsərləri idi və indiki kimi, rəssamlar öz adlarını əsərlərinin üzərində qeyd edirdilər. 


Yunan binaları çox müxtəlif idi. Memarlar Afinanın himayədarı olan Afina ilahəsinin şərəfinə Parfenon kimi gözəl təəssürat yaradan məbədlər ucaldırdılar. Əzəmətli sərdabələr, mavzoleylər və teatrlar tikilmişdi. Yunanlar ədəbi teatr janrının müəllifidir, bu janr dialoq şəklində yazılır, sonra isə aktyorlar tərəfindən səhnələşdirilir. Teatr əsərləri qəmli (tragediya) və ya əyləncəli (komediya) ola bilərdi. Əsas teatr müəlliflərindən biri tragediyalar yazan Sofokl idi. 


Yunanlar həm də tarixi hadisələr və qəhrəmanlıqlar haqqında uzun poemalar yazırdılar. Poemanın bu növü epik adlanırdı. “İlliada” və “Odisseya” ən vacib epik poemalardandır. Onların müəllifi əfsanəvi qədim yunan şairi Homer idi.