Yumor

Ziyafət

Bəhlul Danəndə adəti üzrə Harunun təşkil etdiyi məclisə gəlir. Məclis iştirakçılarını salamlayaraq yuxarı başa keçir və şirin söhbətlər edir. 


Az keçmiş sanki yuxuya dalırmış kimi, gözlərini yumub başını aşağı salır. Bir neçə dəqiqədən sonra gözlərini açıb gülümsəyərək ətrafdakılara nəzər salır. 

 

Harun məsxərə ilə ondan sonruşur: «Aman Allahım, de görək haralard…a oldun, nələri gördün?» Bəhlul özünü itrmədən deyir: «Əmirin taxt-tacı hər zaman yüksəklərdə olsun! Gözlərimi yumub xəyalımda özüm üçün dəbdəbəli taxt-tac, böyük imarətlər, xidmətçilər, fəth olunan böyük şəhər və kəndlər, sayı bilinməyən kənizlər təsəvvür etdim. Elə bir səltənət kimi dünyada tayı-bərabəri olmayıb». 

 

Harun deyir: «Çox gözəl, xeyirli olsun. Amma nə fayda, gözlərini açanda onlardan biri də qalmadı». Bəhlul cavabında deyir: «Bir düşün, dünyanın faniliyindən, onda hökümranlıq edən, amma dünyadan bir şey apara bilməyənlərin aqibətindən ibrət al. Mənim xəyalımda olanlar gözlərimi açmaqla yox oldularsa, sənin həyatında olanlar gözlərini yummaqla sənin olmayacaq».