Xəbərlər

30 Mart- Parkda Gəzinti Günüdür

Hər il martın 30-da qeyri-adi və qeyri-rəsmi bayram olan Parkda gəzinti günü qeyd olunur.


Bu günün əsas məqsədi insanların diqqətini parkda gəzinti kimi istirahət tərzinə cəlb etməkdir.


Təmiz havada istirahət etmək, güc və enerji qazanmaq üçün müntəzəm olaraq təbiətə və ya kəndlərə səyahət etmək imkanı yoxdur. 


Gündəlik yaşantımızda yorğunluq, fiziki və zehni gərginlik qaçılmazdır. Bu isə öz növbəsində sağlamlığa və sinir sisteminə təsir edən amillərdir. Statistika göstərir ki, sistematik stress və depressiya artıq şəhər sakininin sinir sisteminin sabit xüsusiyyətinə çevrilib. Ancaq həkimlərin fikrincə, gündə 30 dəqiqə gəzinti sağlamlığa böyük fayda verə bilər - təkcə kalori yandırmaq və arıqlamaq baxımından deyil, həm də immuniteti gücləndirmək, piylənmə, 2-ci tip diabet və bəzi xərçəng növləri riskini azaltmaqda olduqca faydalıdır. Həm də qan təzyiqini azaltmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edəcəkdir.

 

Britaniyalı həkimlərin fikrincə, təbiətdə (xüsusən də parkda) olmaq insan orqanizminə bərpaedici təsir göstərir, onu alış-veriş və ya kinoya getməklə müqayisə etmək olmaz.

 

Araşdırmalar göstərib ki, yaşıllıqlarda gəzən insanlar getməyənlərə nisbətən daha xoşbəxt olurlar.

 

Odur ki, bugünkü sağlam və enerjili günü qeyd edib, təbiətin gözəlliyindən həzz alın.