Bu maraqlıdır!

Roma memarlığı

Romalılar çox gözəl memar idi. Onların şəhərləri kvadrat və ya dördkünc formada idi və iki əsas küçəsi var idi, onlardan biri şərqdən qərbə, digəri isə şimaldan cənuba aparırdı.


İctimai binalar bu iki küçənin kəsişdiyi yerdə yerləşirdi. Bəziləri bazilik kimi ibadətgahlar idi, başqaları isə termlər (ümumi hamamlar) kimi sanitariya məqsədli tikililər idi. Şəhərdə camaatın toplaşıb əylənməsi üçün teatrlar və amfiteatrlar və ya sirklər var idi. Ən çox kvadriq yarışlarına və ölümə qədər döyüşən qladiatorların döyüşünə tamaşa edirdilər. 


Kasıblar bir neçə mərtəbədən ibarət evlərdə, varlılar isə öz ailələri ilə şəxsi evlərdə yaşayırdılar. 


Bütün yaşayış evlərinə akvduktar vasitəsilə bulaqlardan şəhərə verilən su gəlirdi. 


İmperiyanın şəhərləri bir-biri ilə daş döşənmiş yollar sistemi vasitəsilə birləşirdi. Bir çox müasir Avropa yolları Roma yollarının yeri ilə çəkilib. Müasir şəhərlərin planlaşdırılmasında da bir çox şeylər Roma mədəniyyətindən götürülüb. 
Ancaq Romanın ən qiymətli vərəsəsi imperiya ərazisində onun dili-latın dili idi. Bu dildən fransız, portuqal, italyan və başqa bütün roman dilləri yaranıb.