Xəbərlər

G.Şaroyev adına musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğurla çıxış ediblər

Bakı, 8 may, AZƏRTAC

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar keçirilən III respublika müsabiqəsində iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, müsabiqə iki turdan ibarət olub. Müsabiqənin nəticələrinə görə musiqi məktəbinin şagirdi Tuncay Əliyev fəxri fərman, İkram Abdullazadə diplom, Volkov Timofey və Kamal Şükürov II dərəcəli diplom, Asim Rzazadə isə I dərəcəli diploma layiq görülüblər.

 

Qeyd edək ki, Asim Rzazadə “İslam dünyası klassik musiqi ifaçıları”nın V Beynəlxalq müsabiqəsində də I yerə layiq görülüb.