Mədəni irsimiz

Oxçu qalası

Zəngəzur mahalının Qafan rayonunun, Oxçu və Gığı çaylarının qovuşuğunda, Novruzyurd adlı hündür təpəliyin üstündə yerləşir. İnşa olunma tarixi VI-VII yüzillərə aid olan qala Zəngəzurdakı beş Babək qalasından biri hesab edilir. Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran əhəmiyyətli mövqedə yerləşən qalanın iki tərəfi sıldırım dərə, digər iki tərəfi isə ikiqat divarla əhatələnmişdir.

 

Oxçu qalası 1170-ci ildə Səlcuq türkləri tərəfindən alınarkən dağıdılmış, sonralar təzədən bərpa edilmişdir. 26- 27 bürcü olduğu ehtimal edilən qalanın son vaxtlara qədər 17 bürcü qalmaqda idi.