Uşaq yaradıcılığı

Qonağımız Məltəm İsayevadır

Uşaq Yaradıcılığı rubrikamızda bu gün sizi Məltəm İsayeva ilə tanış etmək istəyirik. 


Məltəm 2013 cü il oktyabrın 12-də Bakı şəhərində anadan olub. 

 

Ailənin ikinci uşağı olan Məltəm olduqca istedadlı və savadlıdır. Görüşümüz əsnasında o, bizi öz bacarıqları, uğurları ilə tanış etdi. 

 

Məltəm hal-hazırda Bakı Avropa Liseyinin 4-cü sinifində oxuyur. Məltəmin dərs qiymətləri çox yaxşıdır. Bütün fənnləri yaxşı oxusa da, lakin ən çox riyaziyyat fənnini sevir. Məltəm bizə riyaziyyata olan sevgisində müəllimi Təranə xanımın böyük rolu və dəstəyi olduğunu bildirdi. Dəfələrlə riyaziyyat üzrə Beynəlxalq və yerli olimpiadalarda iştirak edib, bürünc, gümüş, qızıl medallarla mükafatlandırıldığını da əlavə etdi. Texniki fənnləri sevən Məltəm gələcəkdə Tibb üzrə oxumaq, cərrah olmaq istəyir.

 

Dərslərdən geriyə qalan asudə vaxtlarında isə piano və skripka ilə məşğul olur, müxtəlif kurslara gedir. Xarici dilləri öyrənməyə də çox böyük marağı var.  İstedadlı qonağımıza indiki və gələcək həyatında uğurlar arzulayırıq.