Bu maraqlıdır!

Zəhərli göbələklər

Zəhərli və yeməli göbələkləri bir-birindən seçərkən ən vacib qayda budur ki, heç vaxt onların dadına baxmayın. 

 

İnsanlarda göbələklər barədə çox yalnış fikirlər formalaşıb. Bəziləri elə hesab edir ki, əgər bişirdiyimiz göbələyi qarışdırarkən gümüş qaşıq qaralırsa, onda göbələk zəhərlidir. Ancaq bu üsul heç də doğru deyil.


Səhv olan həm də budur ki, zəhərli göbələyə toxunan kimi, sizə ziyan dəyəcək. Yeməli və zəhərli göbələklər arasında zahirən, praktiki olaraq, heç bir fərq yoxdur- onlar eyni ailəyə mənsubdur.


Daha bir yanlış təsəvvür ondan ibarətdir ki, çəhrayı qatları olan göbələklər yeməlidir. Bu qənaət ona əsaslanır ki, göbələyin iki yeməli növünün papağı altında çəhrayı, ən zəhərlilərin isə ağ qatları olur. Bu fərq əslində çox yanlışdır və bir çox yeməli göbələklərin həmin qatları heç də çəhrayı olmur. 


İngiltərədə cəmi bir növ zəhərli göbələk var ki, adı “ölü papaq”dır. Bu göbələk əvvəlcə, yarısı torpağın içində olan yumurtaya bənzəyir, sonra onun papağı zeytun rəngi, ya da ortası tünd yaşılımtıl-sarı rəng alır, saplağı isə ağ olur.


Respublikamızda yetişən ən zəhərli göbələk Amanita cinsinə məxsus solğun əzvaydır. Bu bitkinin kiçik bir hissəsinin yeyilməsi belə ölümə səbəb ola bilər. Solğun əzvayın toksinləri termostabildir və onlar göbələyin qaynadılması, qurudulması və qızardılması zamanı dağılmır. Dadı və iyinə görə qurudulmuş və ya bişirilmiş zəhərli göbələyi yeməli göbələkdən ayırd etmək olmur. Göbələkləri yığarkən, adətən, solğun əzvayı şampinyon göbələyi ilə səhv salırlar. Bu göbələyin tərkibində bir neçə qrup zəhərli maddələr var. Bunların ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qaraciyərə təsir etməklə, qaraciyər və qan hüceyrələrini məhvinə səbəb olur. Nəticədə, qaraciyərin distrofiyası və nekrozu inkişaf edərək, ölümə səbəb olur. Bu göbələkdən zəhərlənərək öldürülən tarixi şəxsiyyətlər də az deyil.


Bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də, yol kənarlarında satılan göbələkləri almaq tövsiyə edilmir. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız süni şəkildə qapalı yerlərdə yetişdirilməsinə icazə verilir.


Göbələk təkcə onun növünə görə deyil, eləcə də saxlanılma şəraitinə görə də təhlükəli və zəhərli ola bilər.