Təbiət

Kilauea vulkanı

Yer üzündə ən  aktiv vulkan olaraq bilinən  Kilauea  unikal Havay Vulkanları Milli Parkında, Havay adasında yerləşir. Kilauea vulkanı Havay adasını təşkil edən 5 vulkandan biridir.

 

Adı Havay dilindən gəlir, "atmaq" və ya "tüpürmək" mənasını verir. Vulkanın ilk rəsmi püskürməsi 1823-cü ildə qeydə alınıb, yaxınlıqdakı bir çox yaşayış məntəqəsinə ziyan vurub.

 

Ən böyük partlayışlardan biri 1990-cı ildə baş verib. Partlayış yaxınlıqdakı Kalapana və Kaimu şəhərlərinin hamısına böyük maddi ziyan vurub.

 

Kilauea dağının ən güclü püskürməsi 2018-ci ildə baş vermiş Punadır. 17 may 2018-ci il tarixində baş verən bu hadisə 9144 metr hündürlüyündə partlayışla tarixdə nadir təbiət hadisəsinin yaranmasına səbəb oldu. Püskürmə həm də ərazidəki Havay Vulkanları Milli Parkını aylarla bağlı saxladı. 2018-ci ildə baş verən püskürmə bölgədəki ən böyük təbii şirin su gölünü məhv etdi. 

 

Bölgədə sonuncu partlayışın 20 dekabr 2020-ci ildə olduğu düşünülür. 23 may 2021-ci il tarixindən etibarən hərəkətliliyin azaldığı Kilauea dağı daim nəzarətdə saxlanılır.