Şeirlər

Elman Həbib. Ayı gül əkir

Ayı görüb pətəyi
Əlin sürtdü əlinə.
Bal şirinliyi gəldi
Dodağına,dilinə.


Gözlədi axşam olsun
Böyrünü verdi yerə.
Uzaqdan göz yetirdi
Düzülən pətəklərə.


İşlək pətəkləri о
Nişanladı birbəbir.
Dedi: Beçə balıdır
Bütün güldür, çiçəkdir.

 

Çiçəkləri əkən mən,
Qayğısını çəkən mən,
Arı balını çəkir.
Axşam bal yeyəcəyəm.

 


Deyəcəklər boz ayı
Yenə oğurluq edir,
Yenə pətəyi sökür.
öz haqqımı almağa
Gəlmişəm mən vaxtdı, vaxt.
Bir səs gəldi ayıya
Bəs niyə belə bivaxt.


Əgər öz haqqındısa,
Gecə niyə gəlirsən?!
Gül əkənə baxın bir
Heç utanıb, ölürsən.


Bu səsə acıqlanıb
Ayı dikəldi, qalxdı.
Əlini günlük edib
Pətəyə sarı baxdı.


Günəş dağdan sürüşüb,
Günəş batmağa getdi.
Ayı yastandan düşdü,
Bala batmağa getdi.

 

Ayı şər qarışanda
Çatdı arıxanaya.
Yerdə pətəyə baxdı,
Göydə baxdı o Aya.


Ya allah deyib ayı
Bir pətəyi götürdü.
Özünü ахаг çayın
Kənarına yetirdi.


Səbəti çırpıb daşa
Qapağını qırdı о.
Аrı doldu başına.
Balı unudub ayı
Arı dolan başına
İki əlli çırpdı o.


Ayı düşdü yoluna
Səs gəldi qulağına.
Əgər öz haqqındısa
Gecə niyə gəlirsən?!
Gül əkənə baxın bir
Heç utanıb, ölürsən.


Ayı başın yellədi:
- Düz sözə nə deyəsən.
Gərək zəhmət çəkəsən,
Sonra da bal yeyəsən.