Atalar sözləri

Aforizmlər

Hər kəs ölər, amma hər kəs həqiqətən yaşamaz. Viktor Hüqo

 

Hər kəs öz səviyyəsində xoşbəxtdir. Kimin üçünsə çox adi olan bir hadisə başqasını xoşbəxt edə bilər. Əbu Turxan

 

Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər. Demokrit

 

Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır. Yalnız səbir və mətanət lazım. Hüseyn Cavid

 

Hər zaman doğrunu söylə, nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan. Mark Tven

 

Hətta dahiliyin də sərhədləri var, axmaqlıq isə heç bir sərhəd tanımır. Aleksandr Düma

 

Həyat əvvəldən axıradək öyrənməkdir. J.Labrüer