Təbiət

Vulkan təhlükəsi

Vulkanlar təhlükəli relyef formalarıdır. Lava axınları, kül axınları və palçıq axınları insanların həyatı və yaşayış yerləri üçün təhlükə yaradır. 

 

Tarixdə vulkan püskürmələri zamanı minlərlə insanın həlak olduğu məlumdur. Hələ də milyonlarla insan vulkan təhlükəsi olan ərazilərdə yaşayır. Vulkanların yaxınlığında yaşayan insanlara təhlükə zamanı özlərini qorumaq üçün tez-tez təlimlər keçilir. 

 

Böyük və kiçik şəhərlərin çoxu vulkanların yaxınlığında yerləşir. Lakin təhlükələrə baxmayaraq, həmin şəhərlər gündən-günə böyüyür və inkişaf edir.

 

Vulkanoloq adlanan tədqiqatçılar vulkanların necə və hansı səbəblərdən püskürdüyünü araşdırırlar. Onların araşdırmaları vulkan püskürməsini əvvəlcədən proqnozlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

 

Vulkanoloqlar vulkanları öyrənərkən xüsusi kostyumlar geyinir və xüsusi alətlərdən istifadə edirlər.

 

1991ci ildə vulkanoloqların baş vermiş kiçik zəlzələləri araşdırması nəticəsində məlum oldu ki, Flippin adalarındakı Pinatubo vulkanı püskürmək üzrədir. Onların xəbərdarlığı sayəsində minlərlə insanı vulkan püskürməmişdən əvvəl təhlükəli ərazidən uzaqlaşdırmaq mümkün oldu.