Təbiət

Lemminq

Lemminq soyuq yerdə yaşayan siçanabənzər xırda gəmiricidir. Ayaqları və quyruğu qısa olur. Kiçik qulaqları xəzlərinin altında gizlənmiş şəkildədir. Bədənlərinin uzunluğu 10-15 sm, quyruğunun uzunluğu isə 2 sm-ə qədər, kütləsi 20-70 q olur. U O, Norveçdə, İsveçdə və Laplandiyada yaşayır.

 

Lemminqin qidası bitki kökləri, saplaqları, mamırdır. İl ərzində dişilər iki dəfə bala verirlər və hər dəfə də 3-5 sayda balaları olur.

 

Hər 3-4 ildən bir bu gəmiricilərin çoxsaylı ordusu yaşadıqları ölkənin müəyyən ərazilərindən sürü şəklində, qaça-qaça keçir. Onlar həmişə yüksəkliklərdən dənizə doğru gedirlər. İstiqamətlər müxtəlif ola bilər, amma ünvan həmişə dənizdir. 

 

Lemminqlər yavaş sürətlə hərəkət edirlər, amma bütün maneələrə baxmayaraq inadla irəliləyirlər. Bunu adətən gecələr edirlər, gündüzlər isə yeyib-yatırlar. 

 

İrəlilədikcə lemminqlər ətraf mühitə böyük ziyanlar vurur, bütün bostan tərəvəzlərini yeyib qurtarırlar. 

 

Bu marş 3-4 ildən bir təkrarlandığına və lemminqlər sürətlə çoxaldığına görə bu ordunun sayı-hesabı olmur. Buna görə də onların sayını düşmənləri də azalda bilmir. Lemminqlər dənizə çatanda, dalğaların qoynuna atılıb həyatlarına son verirlər. Bu yürüşdən bircə gəmirici belə geri qayıtmır. 

 

Lemminqlər — Qütb tülküsü və digər qütb heyvanı və quşlarının əsas qidası hesab olunur.