Təbiət

Quru qurbağası ilə adi qurbağa arasındakı fərq

Xarici görünüşcə quru qurbağası ilə adi qurbağa bir-birinə oxşardır, ancaq onların arasında həm orqanizminin quruluşunda, həm də yaşayış tərzində fərq var. Quru qurbağasının torpaq rəngində, qırışmış, ziyilli dərisi var və arxa ayaqları bir qədər qısadır; onların dişi yoxdur və bir qayda olaraq, quru qurbağası adi qurbağadan böyük və güclüdür. Adi qurbağaların dərisi hamardır, əsasən, yaşıl rəngə çalır, onların dişi var və ömürlərinin böyük hissəsini suda keçirir. Quru qurbağası da suda yaşaya bilir, ancaq iqlim lazımi qədər rütubətlidirsə, o, quru həyatına üstünlük verir. 

 

Çömçəquyruq böyüyüb qurbağaya çevrilənə qədər bitkilərlə qidalanır. Böyümüş qurbağa ətyeyən heyvandır, milçəklərlə, ağcaqanadlarla, soxulcanlarla, tırtıllarla, ilbizlə, həmçinin kiçik xərçəngəbənzərlərlə və balıqlarla qidalanır. Onların bəzilərinin möhkəm zirehi var, qurbağa onları dişləri vasitəsilə əzir. Qurbağaların çox uzun dili var, ağızda başqa heyvanlarınkından fərqli bərkiyib və qurbağa onu ağzından bir neçə santimetr çıxarda bilir. O, bütöv maye yapışqan ilə örtülüdür və qurbağa yaxınlıqda həşərat gördükdə dilini ona tərəf “atır”, həşərat ona yapışır və qurbağanın ovuna çevrilir.