Şeirlər

Xanımana Əlibəyli. Müqəvva

Atam öz pencəyindən

Düzəldib bir müqəvva,

Tərpənir yaz yelindən,

İçinə dolur hava.

 

 

Elə bil ki, var canı.

Sanki hər şeyi duyur.

Yellənərək bostanı

Qurddan , quşdan qoruyur.

 

 

Bir gün” cik – cik” səsilə

Dolmuş idi müqəvva,

Sən demə yaxasında –

Sərçə salibmiş yuva.