Nağıllar, hekayələr

Oğlunun cavabı

Bir gün Nadir şah  böyük bir məclisə gəlir. Məclisdəkilərin hamısı ayağa qalxıb ona baş əyir, yer göstərir. Lakin  şahın öz oğlu nə baş əyir, nə də təzim  edir. Nadirin ona acığı tutur. Cəlladı çağırır, oğlunun gözlərini çıxartdırıb onu  dünya işığına həsrət qoyur.

 

Bir gün şah oğlunun yanına gəlib ondan soruşur:

 

- Sən bilirsənmi mən nəyə görə sənin gözlərini çıxartdırdım?

 

Oğlu başını bulayır. Nadir şah deyir:

 

- Ona görə ki, mən gələndə sən ayağa durmadın.

 

Oğlu atasından soruşur:

 

- De görüm, sənin atan nəçi olub?

 

Nadir şah cavab verir:

 

- Mənim atam naxırçı olub.

 

Oğlu deyir:

 

- Bəs harada görünüb ki, şah oğlu naxırçı oğlunun ayağına qalxsın?