Şeirlər

Rəfiqə Qasımqızı. Əncir

Yaz gələndə budaqda,
Geyər yaşıl donunu.
Yetişəndə ləzzətlə,
Yeyərsən lap onunu.


Tünd yaşıldır, enlidir,
Böyükdür yarpaqları.
Payızda ağac olur,
Yamyaşıl budaqları.


Kal dərsən meyvəsini,
Süd axar budağından.
Şirəsi bal tək axar,
Çatlamış “dodağından”.


Yetişdikcə meyvəsi,
Şirinləşir, dadlanır.
İndi siz deyin görüm,
Bu meyvə nə adlanır?