Təbiət

Kol iti

Kol iti (Speothos venaticus) Canidae ailəsinə aid, Panamadan Paraqvaya qədər uzanan bir bölgədə kolluqlarda və meşələrdə yaşayan çox nadir bir növdür.


Kobud görünüşü olan bu itin ayaqları qısadır. Qulaqları da qısa və yuvarlaqdır. Ayaqları geniş, quyruğu qısadır. Kol itinin dişləri digər itlər kimi yaxşı inkişaf etməsə də, yenə də çox güclü dişləyə bilir. Canavar ailəsinin bütün nümayəndələri arasında kol iti ən az diş sayına malikdir - cəmi 38-40 dişləri olur.


Sayları 10-a qədər olan sürüləri olur və özlərindən böyük heyvanları ovlayırlar. Ov zamanı bir-birləri ilə uluyaraq ünsiyyət qururlar.