Mədəni irsimiz

Buğakar piri

Buğakar piri Meğri rayonunun Buğakar kəndi ərazisində ziyarətgahdır. Azərbaycan memarlığı üslubunda inşa edilmişdir. Buğakar kəndi adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almış, ziyarətgah isə kəndin adı ilə “Buğakar ziyarətgahı” kimi tanınmışdır. O, xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınır. Qədim dövrlərdən azərbaycanlılar yaşayan Buğakar kəndi 1939-cu ildə ləğv edilərək əhalisi Lehvaz kəndinə köçürülmüşdür. Lakin Buğakar piri ətraf kəndlərin azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalırdı. Azərbaycanlılar 1988-ci ildə Qərbi Zəngəzurdan zorla qovulduqdan sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır.