Bu maraqlıdır!

Avtomobillər ətraf mühitə necə təsir edir

1886-cı ildə Karl Benz özünün ilk benzin mühərriki ilə olan avtomobilini patentləşdirəndən bəri dünyada avtomobillərin sayı durmadan artır. Avtomobilin nəqliyyat vasitəsi kimi populyar olması ətraf mühit üçün ciddi fəsadlara səbəb olur. Bir tərəfdən, avtomobillərin hərəkət etməsi üçün müəyyən yer-küçələr, şose yolları və ya vtostradalar tələb olunur. Bu yolların tikintisi mənzərəni dəyişir, məsələn, dağlar yolların və tunellərin tikilişi zamanı öz ilkin görünüşünü nəzərə çarpan dərəcədə dəyişir. Digər tərəfədən, daxiliyanma mühərriklərinin köməyilə hərəkətə gətirilən avtomobillər havaya zəhərli qazlar buraxır. Bu çox ciddi bir problemdir, xüsusilə də böyük, şəhərlərdə nəzərə almaq lazımdır ki, küçələrdə hərəkət edən avtomobillərin sayı artır. Öna görə də ətraf mühiti az çirkləndirən avtomobillərin yaradılması avtomobil sənayesinin yeni məqsədləridir. Bunlar daha az zərərli yanacaqlarla işləyən ekoloji avtomobillərdir. 

Xüsusi avtomobillər varmı?


Minik avtomobillərindən başqa, insanın tələbatının ödənilməsi üçün, xüsusi funksiyaları yerinə yetirən başqa avtomobillər də var. Yük maşınları, əsasən, yüklərin daşınması üçün istifadə edilir, çünki onlar istənilən yükü daşıya bilirlər: məhsulları bazara, benzini yanacaqdoldurma stansiyası və texniki xidmət stansiyalarına və s. maşınlar həmçinin müəyyən işi yerinə yetirə bilər: qaldırıcı kranı olan yük maşınları, yanğınsöndürmə maşınları və s. 


Traktorlar kənd təsərrüfatında, meşə təsərrüfatında və sənayedə istifadə edilir. Avtobusdan sərnişinlərin daşınması üçün istifadə edilir. Onların bir çoxu ikimərtəbəli, uzaq reyslər edən avtobuslar isə səfəri daha xoş etmək üçün hər bir rahatlıqlarla təmin edilib.